Medvedev: “Ukraynaya "Tomahavk" verilməsi hamı üçün pis bitə bilər, amma ilk növbədə Tramp üçün”
13:55 DünyaRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya "Tomahavk" raketlərinin göndərilməsini kəskin şəkildə tənqid edib. Onun sözlərinə görə, bu addım "hamı üçün pis nəticələnə bilər", lakin ilk növbədə ABŞ prezidenti Donald Tramp üçün.
Olaylar.az xəbər verir ki, Medvedev "Tomahavk" raketlərinin uçuş zamanı adi və nüvə başlıqlı variantlarının fərqləndirilməsinin mümkün olmadığını bildirib:
"Bu, yüz dəfə izah olunub - ulduzlu-zolaqlı cənabların belə anlayacağı şəkildə. 'Tomahavk'ların buraxılışını Kiyev deyil, ABŞ həyata keçirəcək. Yəni oxu: Tramp. Rusiya necə cavab verməlidir? Elə bu cür!" - deyə o vurğulayıb.
Medvedevin bu açıqlaması Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silah tədarükü fonunda səsləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31