Hindistan və ABŞ payızda ticarət sazişinin birinci hissəsini imzalamağı planlaşdırır - ÖZƏL

Hindistan və ABŞ planlaşdırılan müddətə sadiq qalaraq, bu ilin payızında iki tərəfli ticarət sazişinin ilk hissəsini imzalamağı nəzərdə tuturlar. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi Hindistan hökumətinə yaxın mənbəyə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, tərəflər ticarət və iqtisadi əməkdaşlığın əsas istiqamətləri üzrə dialoqu davam etdirir. Hindistan ABŞ-dan enerji resursları və təbii qaz alışını artırmağı da nəzərdən keçirir.
Hindistan və ABŞ fevral ayında, Hindistanın baş naziri Narendra Modi-nin Vaşinqtona səfərindən sonra, tammiqyaslı ticarət sazişi üzrə danışıqlara başlayıblar. Hər iki ölkə qarşılıqlı ticarət həcmimizi iki dəfə artıraraq 2030-cu ilədək 500 milyard dollara çatdırmağı hədəfləyir. Sazişin payızda imzalanması planlaşdırılır. Hindistan nümayəndə heyəti danışıqlar üçün ABŞ-a bir neçə dəfə səfər edib. ABŞ ticarət nümayəndəsinin Cənubi və Mərkəzi Asiyada köməkçisi Brendan Lynch rəhbərliyindəki rəsmilər isə 16 sentyabrda Yeni Delhiyə səfər edərək müzakirələr aparıblar. Hindistanın Xarici İşlər Nazirliyi keçirilən raundu müsbət qiymətləndirib.
Qeyd edək ki, ABŞ 6 avqust tarixində Hindistanın Rusiya nefti və neft məhsulları alması ilə bağlı əlavə 25% tarif tətbiq edib. Avqustun sonunda isə Hindistanın mal və xidmət idxalına tətbiq olunan tariflər 50%-ə çatdırılıb. Rəsmi Yeni Delhi bu addımları ədalətsiz hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31