Fələstin və İsrail liderləri Qəzza sammitinə qatılır: Atəşkəs təsdiqlənir

Fələstin və İsrail liderlərinin Qəzza müharibəsinin dayandırılması üzrə Şarm əş-Şeyxdə keçiriləcək sammitdə iştirak edəcəyi açıqlanıb.

Olaylar.az xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisinin yaydığı məlumata görə, Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağında müharibənin dayandırılması üzrə Şarm əş-Şeyxdə təşkil olunacaq sülh sammitində iştirakı planlaşdırılır.

Bəyanatda qeyd olunub: "Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunun atəşkəs razılaşmasını möhkəmləndirmək və razılaşmaya sadiqliyi təsdiqləmək üçün sülh sammitində iştirak edəcəyi bildirilir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31