Makron Fransadakı siyasi böhrana görə müxalifəti ittiham edib - ÖZƏL
13:03 DünyaFransa Prezidenti Emmanuel Makron ölkədəki siyasi böhranın dərinləşməsində müxalifət partiyalarını günahlandırıb. Olaylar.az xəbər verir ki, o bildirib ki, yeni təyin olunmuş hökumətə qarşı avtomatik etimadsızlıq səsverməsi tələb edən müxalifət qüvvələri vəziyyəti daha da gərginləşdirir. Makronun sözlərinə görə, bu partiyalar öz siyasi maraqlarını bir kənara qoyaraq Fransa xalqının mənafeyinə və ölkədə sabitliyin bərpasına yönəlməlidirlər. Dövlət başçısı bu fikirləri Misirin Şarm əl-Şeyx şəhərinə - Qəzza zolağında atəşkəs razılaşmasının imzalanması münasibətilə keçirilən tədbirə gəlişi zamanı səsləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31