Moldovanın Baş Naziri növbəti hökumətə rəhbərlik etməkdən imtina edib - ÖZƏL
12:34 DünyaMoldovanın hazırkı baş naziri Dorin Recean növbəti hökumətə rəhbərlik etməkdən imtina edib. Olaylar.az xəbər verir ki, bu barədə o, Hakim "Fəaliyyət və Həmrəylik Partiyası"nın (PDS) sədri İqor Qrosu ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.
İqor Qrosu bildirib ki, partiya Receanı növbəti baş nazir vəzifəsinə namizəd kimi irəli sürməyi planlaşdırsa da, o, bu təklifi qəbul etməyib. "Biz Receanı baş nazir postuna namizəd göstərmək istəyirdik, lakin o, hökumətdəki fəaliyyətinin bu mərhələdə başa çatdığını bildirdi," - deyə Qrosu vurğulayıb.
Dorin Recean həmçinin deputat mandatından da imtina etdiyini və biznes sahəsinə qayıtmaq niyyətində olduğunu bildirib.
Qrosunun sözlərinə görə, yeni baş nazir namizədinin adı prezidentlə keçiriləcək məsləhətləşmələrdən sonra açıqlanacaq.