Tramp: “Ukrayna böhranı Obamanın və Baydenin siyasətinin nəticəsidir” – ÖZƏL
12:22 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bir daha bəyan edib ki, Ukraynada baş verən böhran onun sələfləri - Barak Obama və Co Baydenin uğursuz siyasətinin nəticəsidir.
"Əgər sadəcə normal bir prezident olsaydı mənim kimi böyük yox, amma normal prezident Rusiya ilə Ukrayna arasında münaqişə olmazdı. Bu, Bayden və Obamanın pis siyasətinin nəticəsidir," - deyə Tramp jurnalistlərlə Yaxın Şərqə uçuş zamanı təyyarədə bildirib.
Tramp mütəmadi olaraq vurğulayır ki, əgər 2020-ci il prezident seçkilərində Bayden deyil, o qalib gəlsəydi, Ukrayna müharibəsi baş verməzdi. O həmçinin qeyd edib ki, bu böhran ona "Demokratlar administrasiyasından miras qalıb" və indi o, yalnız münaqişənin həlli üçün səylər göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31