Paşinyan: “Keçmiş liderlər Qarabağla bağlı “mükəmməl həlləri”-ni özləri niyə etmədilər?

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş dövlət başçılarının Qarabağ məsələsinə dair "mükəmməl həll" adlandırdıqları təkliflərin heç vaxt reallaşdırılmamasının səbəblərini izah edib. 

Olaylar.az xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yayımladığı videomüraciətdə danışıb.

Paşinyanın sözlərinə görə, bunun iki mümkün izahı var:
"Birinci variant budur ki, onlar cinayət xarakterli fəaliyyətsizlik nümayiş etdiriblər, bəlkə də Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət ediblər və nəticədə Qarabağ məsələsinin "mükəmməl həllini" həyata keçirməyiblər.

İkinci variant isə ondan ibarətdir ki, onların "mükəmməl həll"adlandırdığı təkliflər sadəcə siyasi manipulyasiya idi və reallaşması heç vaxt mümkün deyildi," - deyə Paşinyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31