Trampa Nobel əvəzinə iki orden: Misir və İsrail onu mükafatlandırır

ABŞ Prezidenti Donald Tramp sülh prosesindəki roluna görə Misir və İsraildən ali mükafatlar alacaq.

Olaylar.az xəbər verir ki, Misir Prezidenti Trampı "Nil ordeni" ilə təltif etməyə qərar verib. Qahirə bu addımı Trampın bölgədə sülh təşəbbüslərinə verdiyi töhfəyə və "ədalətli vasitəçi" roluna görə atır.

Bundan əlavə, İsrail də ABŞ Prezidentini özünün ən yüksək dövlət ordeni ilə mükafatlandırmağı planlaşdırır.

Məlumata görə, bu addımlar Trampın Nobel Sülh Mükafatına layiq görülməməsinə "kompensasiya" kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31