Qəzzada əsir mübadiləsi başlayıb
13 Oktyabr 2025 10:07 DünyaSəhər saatlarından Qəzzada əsir və girovların mübadiləsinə başlanılıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu israilli əsirləri Qəzzanın şimalında qəbul etməyə hazırdır.
Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınır.
"Kətaib əl-Qəssam" silahlı qruplaşması bildirib ki, 20 israilli əsiri azad edəcək.
Məlumata görə, İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza sakinini azad etməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31