İsrailin qarşısında böyük təhlükəsizlik problemləri dayanır - Netanyahu
13 Oktyabr 2025 06:19 Dünyaİsrailin hərbi kampaniyası hələ başa çatmayıb, çünki ölkəni ciddi təhlükəsizlik problemləri gözləyir.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Kampaniya bitməyib. Qarşımızda böyük təhlükəsizlik problemləri dayanır. Düşmənlərimizdən bəziləri yenidən bizə hücum etmək üçün güclərini bərpa etməyə çalışırlar", - deyə o bildirib.
O qeyd edib ki, İsrail qarşısında "qazanan qələbələr nəticəsində böyük imkanlar" açılır.
"Birgə çalışaraq, biz çətinliklərin öhdəsindən gələcəyik və fürsətlərdən istifadə edəcəyik", - deyə baş nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31