Qəzza zolağına 1 milyon insan üçün ərzaq ləvazimatları çatdırılıb - UNRWA

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında 1 milyon insana ərzaq çatdırıb.

Trend-in məlumatına görə, bu barədə təşkilatın "X" səhifəsində dərc olunan bəyanatında bildirilib.

"Atəşkəsin ilk günlərində UNRWA bir milyon insanı - anklav əhalisinin yarısını qidalandırmaq üçün kifayət qədər ərzaq idxal etdi. Bizim onları çatdırmaq üçün təchizat, resurslar və personalımız mövcuddur", - deyə qeyd olunub.

Bildirilib ki, Qəzza zolağında 75 illik təcrübəyə əsaslanaraq, agentlik "yardımı regionda effektiv şəkildə yaymaq üçün biliyə, şəbəkəyə və planlara malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31