Tramp İsraildə 3 saat 40 dəqiqə olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu və Prezident İshaq Hersoq ABŞ Prezidenti Donald Trampı sabah yerli vaxtla səhər saat 9:20-də Ben Qurion hava limanında qarşılayacaqlar.

Axar.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Trampın İsraildə dörd saatdan az qalması planlaşdırılır. Səhər saat 10:15-də Netanyahu və Tramp Knessetdə baş nazirin ofisində görüşəcək. Daha sonra onlar səhər saat 10:45-də Knessetdə girovların ailələri ilə görüş keçirəcəklər.

Saat 11:00-da Tramp, Netanyahu, Knessetin spikeri Amir Ohana və müxalifət lideri Yair Lapid plenar iclasda çıxış edəcəklər. Hersoq və Netanyahu saat 13:00-da Trampı hava limanından yola salacaq.

ABŞ prezidenti oradan Qəzza ilə bağlı sülh sammitinin keçiriləcəyi Misirə - Şarm əş-Şeyxə gedəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31