Qardaş ölkəni silkələyən zəlzələ ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
17:59 DünyaMuğlanın Köyceğiz rayonunda baş verən 4,1 bal gücündə zəlzələ ilə bağlı açıqlama verən professor Naci Görür "Qərbi Anadolu dartılır" ifadəsini işlədib.
Musavat.com xəbər verir ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumatına əsasən, mərkəzi Köyceğiz olan zəlzələ 12,04 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra professor Naci Görür sosial media hesabında vacib xəbərdarlıq paylaşıb.
Görür bölgədəki tektonik gərginliklə bağlı qeyd edib:
"Təxminən 2 saat əvvəl Arıcılar-Ula (Muğla) bölgəsində 4 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ Muğla Fay Zonasının quru sahəsində və şimal-qərb-cənub-şərq istiqamətində uzanan, adı olmayan bir fayın kəsişmə nöqtəsində meydana gəlib. Qərbi Anadolu şimal-cənub istiqamətində dartılma (gərilmə) altındadır".