“Nobel sərvəti Azərbaycan neftindən toplayıb, amma mükafat Azərbaycandakı sülhü görməzdən gəlir” - Trampın xüsusi elçisi

Musavat.com xəbər verir ki, ABŞ Prezidentinin qlobal tərəfdaşlıqlar üzrə xüsusi elçisi Paolo Zampolli Norveç Nobel Komitəsini tənqid edərək bildirib ki, Nobel Sülh Mükafatı bu il də öz nüfuzunu zədələyib.

Zampollinin sözlərinə görə, Nobel Komitəsi ABŞ Prezidenti Donald Trampın diplomatik uğurlarını və onun vasitəçiliyi ilə Azərbaycanda və regionda əldə olunan sülh prosesini tamamilə görməzdən gəlib.

"Bu, ironik faktdır: Alfred Nobelin sərvəti məhz Azərbaycan neftindən yaradılıb, amma onun adını daşıyan mükafat Azərbaycanda bərqərar edilmiş real sülhü görmür. Bu, tarixi ədalətsizlikdir," - deyə Paolo Zampolli vurğulayıb.

ABŞ rəsmisi həmçinin təklif edib ki, "Tramp Sülh Mükafatı" təsis edilsin və bu mükafat siyasi yönümlü deyil, faktiki nəticələrə əsaslanan sülh təşəbbüslərini qiymətləndirsin.

"Dünya bu gün simvolik diplomatiyadan çox, real nəticələrə ehtiyac duyur. Donald Tramp təkcə Qafqazda deyil, Yaxın Şərqdə də danışıqlar masasını yenidən hərəkətə gətirən lider olub," - deyə o əlavə edib.

Mənbə: РИА Новости, Politico

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31