ABŞ-də dəhşətli PARTLAYIŞ: 16 nəfər öldü
13:35 DünyaTennessi ştatında hərbi partlayıcılar istehsal edən "Accurate Energetic Systems" zavodunda baş verən partlayış nəticəsində 16 nəfər həlak olub.
Bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, həlak olanların ailələrinə artıq məlumat verilib.
Müstəntiqlər yanan binada sübutların toplanması üzərində çalışırlar, lakin partlayışın səbəbi hələ müəyyən edilməyib.
Hadisə oktyabrın 10-da səhər saatlarında baş verib. NBC News-un yaydığı peyk görüntülərinə əsasən, zavod binası tamamilə dağılıb və ərazidə yalnız səpələnmiş dağıntılar qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31