Avropada 3 milyon dollarlıq OĞURLUQ - Rus klassiklərinin kitabları YOXA ÇIXDI

Avropanın bir neçə ölkəsində yerləşən kitabxanalardan rus ədəbiyyatının ən qiymətli nüsxələri oğurlanıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ilin yazından 2023-cü ilin payızına qədər Almaniya, Latviya, Litva, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveçrə və Estoniyadakı kitabxanalardan ümumilikdə A.S. Puşkin və N.V. Qoqol kimi klassiklərin 170-ə yaxın kitabı yoxa çıxıb.

Ekspertlərin hesablamalarına əsasən, oğurlanan nadir nəşrlərin ümumi dəyəri 3,3 milyon ABŞ dolları təşkil edir.

Estoniya prokurorlarından biri istintaq zamanı bildirib ki, miqyası və peşəkarlığı baxımından indiyədək belə bir hadisə ilə qarşılaşmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31