Filippin sahillərində 6 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, yeraltı təkanların episentri Mindanao adasında yerləşən, təxminən 309 min nəfər əhalisi olan Butuan şəhərindən 94 km şərqdə olub. Zəlzələnin ocağı 59 km dərinlikdə yerləşib.Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31