Trampın oğlu "TikTok"a rəhbərlik edə bilər - SENSASİON TƏKLİF
18:38 DünyaABŞ prezidentinin seçki kampaniyasına rəhbərlik etmiş Cek Advent 19 yaşlı Barron Trampın sosial media platforması "TikTok"un direktorlar şurasına təyin olunmasını təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə "The Daily Mail" nəşri məlumat yayıb.
Advent bu təklifini belə əsaslandırıb:
"TikTok" istifadəçilərinin böyük əksəriyyəti gənclərdir. Düşünürəm ki, Donald Tramp tətbiqin gənclər arasında populyarlığını qorumaq üçün oğlu Barronu, eləcə də digər gənc amerikalıları "TikTok" rəhbərliyinə gətirməyi düşünə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31