Ukrayna Britaniya ilə hərbi əməkdaşlığı genişləndirir: Sənəd imzalandı
18:16 DünyaUkrayna və Böyük Britaniya hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənəd imzalayıb.
Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal məlumat verib.
Məlumata görə, tərəflər arasında döyüş texnologiyaları sahəsində tərəfdaşlıqla bağlı sənəd qüvvəyə minib. Sənəddə tərəflərin müdafiə texnologiyalarını birgə inkişaf etdirmək və genişləndirmək niyyətləri öz əksini tapıb.
Şmıqal qeyd edib ki, iki ölkə arasında xüsusilə birgə artilleriya qurğularının istehsalı nəzərdə tutulur./Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31