Qəzzada atəşkəsin müşahidəsini aparacaq ABŞ hərbçiləri İsrailə çatıb
12:41 DünyaQəzza zolağında atəşkəs razılaşmalarına riayət olunmasına nəzarət edəcək əlaqələndirmə mərkəzinin yaradılması üçün ABŞ-nin göndərdiyi hərbçilər artıq İsrailə çatıb.
Olaylar.az bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Atəşkəsə nəzarətlə bağlı tədbirlər çərçivəsində ABŞ hökuməti Yaxın Şərqə ümumilikdə 200 hərbçidən ibarət kontingent göndərəcəyini bəyan edib. Onların Qəzza zolağından kənarda qərarlaşacağı bildirilir.
Əlaqələndirmə mərkəzinin fəaliyyətində iştirak edəcək hərbçilər nəqliyyat, planlaşdırma, logistika, təhlükəsizliyin təminatı və mühəndislik sahələri üzrə ixtisaslaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31