Qəzzada atəşkəs davam edəcək - Tramp

Misirdə keçiriləcək mərasimə bir çox ölkə liderləri qatılacaq və atəşkəsin davam edəcəyini düşünürəm, hər kəs müharibədən yorulub.

Olaylar.az xarici KİV-ə isinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Ağ Evdə dərman qiymətlərinin azaldılmasına dair keçirdiyi mətbuat konfransından sonra Qəzzə gündəmi ilə bağlı verilən sualları cavablandırarkən bildirib.

"Bazar ertəsi səhər saatlarında Knessetdə çıxış edəcəm, sonra isə Misirə gedəcəm. Bundan əlavə, dünyanın hər yerindən bir çox liderlər dəvət olunub," - deyə o əlavə edib.

Tramp Qəzzada başlayan atəşkəsin təkcə İsrail və Fələstin üçün deyil, həm də bütün region ölkələri və dünya üçün "yaxşı bir hadisə" olduğunu vurğulayıb.

"Atəşkəsin davam edəcəyini düşünürəm. Hər kəs müharibədən yorulub. Unutmayın, 7 oktyabr dəhşətli bir gün idi - 1200 nəfər öldürüldü, amma HƏMAS da 58 min nəfər itirdi. Bu, böyük bir qisas idi. İnsanlar bunu anlayır. Məncə, hamı artıq müharibədən yorulub",- deyə ABŞ prezidenti qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31