ABŞ-da benzin bu qiymətə olacaq – Tramp hədəfini açıqladı

ABŞ prezidenti Donald Tramp ölkədə benzinin qiymətinin bir qallon üçün 2 dollardan aşağı düşəcəyini gözləyir.

Olaylar.az xəbər verir ki, o, bunu oktyabrın 10-da Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib: "Biz ərzaq qiymətlərində, neft qiymətlərində, xüsusən də bu gün əhəmiyyətli ucuzlaşmalara nail olduq - barel üçün 60 dollar həddini keçdik".

O əlavə edib ki, aşağı neft qiymətləri "çox yaxında bir qallon benzin qiymətinin 2 dollardan aşağı düşməsinə səbəb olacaq": "Bu, keçən ilki səviyyədən təxminən 70 faiz aşağıdır, bu, əhəmiyyətlidir. Neft ucuzlaşdıqda isə hər şey ucuzlaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31