Avstraliyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Avstraliyanın şərq sahilində, Şellharbor hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Yeni Cənubi Uels ştatının polisi bildirib.

Məlumata əsasən, hadisə nəticəsində üç nəfər ölüb.

Bildirilib ki, qəza yerli vaxtla saat 10:00 radələrində Şellharbor hava limanı yaxınlığında baş verib.

Qeyd olunub ki, təyyarə hava limanından qalxdıqdan dərhal sonra yerə çırpılıb və yerə çırpıldıqdan sonra alovlanıb.

Hadisə yeri polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31