İranda edam edilənlərin sayı açıqlandı
07:50 Dünya2024-cü il oktyabrın 10-dan 2025-ci il oktyabrın 8-dək İran həbsxanalarında 1537 məhbus edam edilib.
Axar.az xəbər verir ki, bu barədə İran insan haqları təşkilatı məlumat yayıb.
Bildirilib ki, bu göstərici əvvəlki ilə müqayisədə 86% çoxdur. Edamların 94%-i gizli şəkildə həyata keçirilib.
Qeyd olunan müddət ərzində yetkinlik yaşına çatmamış 3 məhbus və 49 qadın dar ağacından asılıb, 8 məhbus ictimaiyyətin gözü qarşısında edam edilib.
Edamların 48,3 faizi narkotik qaçaqmalçılığı, 43,5 faizi isə adam öldürməklə bağlı olub. Ən çox edam hökmünün icra olunduğu 3 əyalət Əlborz, İsfahan və Fars əyalətləri olub.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi şəxsiyyəti dəqiqləşdirilən edam edilənlərin sayı 1106 nəfərə çatıb, onlardan 30-u qadındır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31