Macarıstan Serbiyaya neft tədarükünü artıracağını açıqlayıb - ÖZƏL

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ABŞ-ın NIS şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Serbiyaya neft tədarükü artırılacaq.

"Biz serb dostlarımızı dəstəkləyirik. MOL, regionun ən böyük enerji şirkəti olaraq, Serbiyaya neft və yanacaq tədarükündə vacib rol oynayır. Onlar tədarükün artırılmasını gözləyə bilərlər," - deyə nazir bildirib.

Siyarto əlavə edib ki, Macarıstan JANAF boru kəməri üçün "Dostluq" neft kəmərindən imtina etmək niyyətində deyil.

Olaylar xəbər verir ki, bundan əvvəl Serbiyanın lideri Aleksandr Vuçiç ABŞ-ın "Serbiya Neft Sənayesi"nə qarşı tətbiq etdiyi sanksiyalar barədə açıqlama vermişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31