Sikorski: Polşa Ukraynaya enerji yardımı göstərməyə hazırdır - ÖZƏL

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Varşava Ukraynaya enerji yardımı göstərməyə, o cümlədən öz maye təbii qaz (LNG) terminalına çıxış imkanı verməyə hazırdır.

Olaylar xəbər verir ki, bu barədə məlumatı Polşanın WNP agentliyi yayıb.

"Biz artıq Ukraynanı necə dəstəkləyə biləcəyimizi düşünürük... Əlbəttə, Svinouysçedəki LNG terminalımız sizin ixtiyarınızdadır," - deyə Sikorski qeyd edib.

Nazir əlavə edib ki, yardım variantları sırasında Ukraynaya generatorların verilməsi, təcili elektrik enerjisi tədarükü, eləcə də iki ölkə arasında enerji əlaqələrinin sürətləndirilməsi də nəzərdə tutulur.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31