İsrail ordusu sakinləri Misir sərhədinə yaxınlaşmamaq barədə xəbərdar edib
10 Oktyabr 2025 16:35 Dünyaİsrail ordusu Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən sonra anklav sakinlərini Misirlə sərhəddə yerləşən "Rəfah" sərhəd buraxılış məntəqəsinə və Filadelfiya dəhlizinə yaxınlaşmamaq barədə xəbərdar edib.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) rəsmi nümayəndəsi Avixay Edri məlumat verib.
"Atəşkəslə bağlı razılaşmaya uyğun olaraq hərbçilər Qəzzanın müəyyən rayonlarında qalacaqlar. Sizdən israrlı şəkildə xahi edirik ki, onların dislokasiya olunduğu ərazilərə, ələlxüsusu Filadelfiya dəhlizi və "Rəfah" sərhəd buraxılış məntəqəsinə yaxınlaşmayasınız, bu sizin üçün təhlükəli ola bilər", - Edri öz "X" səhifəsində yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31