NYP: Trampın 2026-cı ildə Nobel Sülh Mükafatını qazanmaq şansı daha yüksək qiymətləndirilir - ÖZƏL

ABŞ prezidenti Donald Trampın 2026-cı ildə Nobel Sülh Mükafatını qazanmaq ehtimalı daha yüksək qiymətləndirilir. Olaylar.az xəbər verir ki, bu barədə The New York Post nəşri prezidentin yaxın ətrafındakı mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Trampın 2025-ci ildə mükafata layiq görülməsi gözlənilməz olardı. Qəzet qeyd edir ki, onun Ağ Evə qayıdışından sonra bir çox müttəfiqləri Trampın "sülh təşəbbüsləri"ni xüsusi vurğulayıblar. Onun son nailiyyətləri arasında İsraillə HƏMAS hərəkatı arasında əldə olunan atəşkəs də göstərilib. Bir sıra dünya liderləri Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüldüyünü açıq şəkildə bəyan ediblər. Lakin tənqidçilər bildiriblər ki, Trampın İranın nüvə obyektlərinə zərbə endirilməsi barədə göstərişi, Qrenlandiyaya iddiaları və Müdafiə Nazirliyinin adını "Hərbi Nazirlik"ə dəyişməsi onun sülhpərvər imicinə ziddir. Qeyd edək ki, Norveçin Nobel Komitəsi cümə günü 2025-ci il üzrə Nobel Sülh Mükafatının Venesuela parlamentinin keçmiş müxalifət deputatı Mariya Korina Maçadaya təqdim ediləcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31