Rusiya NATO ölkəsinə hücum edəcək - ordu sürətlə güclənir
23 Yanvar 2025 10:15 DünyaRusiya silahlı qüvvələrinin artımını nəzərə alsaq, 2029-2030-cu illərdə NATO ölkələrinə hücum etməyə çalışacağına dair nəzəri ehtimal qalır.
Olaylar.az bildirir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius "Delfi" nəşrinə açıqlamasında deyib.
Onun fikrincə, məhz buna görə NATO-nun müdafiə qabiliyyətinin təmin edilməsi xüsusilə vacibdir.
Nazir bildirib ki, hərbi ekspertlər Rusiyada baş verən hadisələri diqqətlə izləyir və bu ölkənin silahlı qüvvələrinin nəzərəçarpacaq dərəcədə böyüməsinə işarə edir:
"Orada hərbi sənaye ciddi şəkildə inkişaf edir, çoxlu tanklar və təyyarələr istehsal olunur və bu o deməkdir ki, Rusiya silahlı qüvvələri əhəmiyyətli dərəcədə artır. 2026-cı ilə qədər onların sayı yəqin ki, 1,5 milyon hərbçiyə çatacaq". (axar)