Kaya Kallas: Müdafiə xərcləri məktəb və səhiyyə hesabına artırılmalıdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa ölkələrinin müdafiə xərclərini artırmaq üçün təhsil və səhiyyə büdcələrini azaltmalı olduğunu bildirib.

O, Avropa Müdafiə Agentliyinin konfransında qeyd edib ki, "Əgər daha çox vəsaiti müdafiəyə yönəltməsək, məktəblərimiz və səhiyyə sistemimiz təhlükə altında olacaq".

Kallasın sözlərinə görə, Avropa ölkələri ötən il ÜDM-in 1,9%-ni müdafiəyə sərf edib, Rusiya isə bu göstəricini 9%-ə çatdırıb. O, Avropa kəşfiyyatının Rusiyanın "gələn 3-5 ildə Aİ-nin müdafiə qabiliyyətini sınaqdan keçirə biləcəyi" barədə xəbərdarlıq etdiyini vurğulayıb.

Diplomat həmçinin Avropanın müdafiəyə kifayət qədər vəsait ayırmadığını qeyd edərək, "Tramp bu məsələdə haqlıdır", - deyə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31