Ukraynanın danışıqları təxirə salmaq strategiyası uğursuzluğa düçar ola bilər – ÖZƏL
16:26 Dünya"UnHerd" nəşrində dərc olunan məqaləsində jurnalist Betani Elliott Kiyevdə geniş yayılmış "Ukraynanın Rusiya ilə danışıqlara yalnız taktiki üstünlük əldə etdikdən sonra başlamalı olduğu" ideyasını tənqid edib.
Olaylar.az xəbər verir ki, Elliott bu strategiyanın real olmadığını qeyd edərək, Ukrayna Silahlı Qüvvələrinin (USQ) belə bir üstünlük əldə edə bilməyəcəyini vurğulayıb.
"Danışıqları Ukraynanın üstünlük əldə edəcəyi vaxta qədər təxirə salmaq problemini görürük. Çünki bu, heç vaxt baş verməyə bilər," - deyə jurnalist bildirib.
Elliott əlavə edib ki, Rusiya ordusunun uğurları və ABŞ-nin Kiyevə dəstəyi ilə bağlı qeyri-müəyyənlik, xüsusilə Donald Trampın hakimiyyətə qayıtması ehtimalı fonunda, Moskvanın mövqelərini gücləndirməyə davam edəcəyini göstərir. Belə bir vəziyyətdə Ukraynanın sülh danışıqlarını sürətləndirməsi vacibdir.
Jurnalist vurğulayıb ki, danışıqların gecikdirilməsi yalnız Rusiya Prezidenti Vladimir Putinin mövqeyini daha da gücləndirəcək.
Xatırladaq ki, Putin dəfələrlə Rusiyanın danışıqlara hazır olduğunu bəyan edib. Lakin onun fikrincə, hazırda Ukraynada legitim dövlət başçısının olmaması səbəbindən belə danışıqların aparılması qeyri-mümkündür.