Jelena Zelenskaya İsveçrədə lüks oteldə gecəsi 700 min rubla istirahət edib – ÖZƏL
15:17 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Jelena Zelenskaya İsveçrənin məşhur Sankt-Morits xizək kurortunda gecəsi 7,5 min avroya (təxminən 700 min rubl və ya 330 min qrivna) otel nömrəsi kirayələyib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Zelenskaya otelə yerləşərkən əsl adından istifadə etməyib, özünü "Mariya" kimi təqdim edib. O, Badrutt's Palace adlı dəbdəbəli oteldə 120 kvadratmetrlik "Sankt-Morits" nömrəsini seçib. Nömrənin pəncərəsindən Əngadin Alplarına və gölə mənzərə açılır.
Jelena Zelenskayanı hava limanında iki Mercedes-Benz V-Class və bir Rolls-Royce Phantom VI avtomobilindən ibarət VIP kortej qarşılayıb.
Otel əməkdaşları "Mariya Zelenskayanın" onlarda qaldığını təsdiqləsələr də, onun orada neçə gün qaldığını açıqlamayıblar. Mash resursu Zelenskayanın minimum dörd gün - 15-19 yanvar tarixlərində oteldə olduğunu qeyd edib.
Daha əvvəl Ukraynanın keçmiş deputatı İqor Mosiyçuk Zelenskayanın İsveçrədəki istirahəti barədə məlumat yaymışdı. O, Ukrayna liderinin xalqı ilə birlikdə ağır günlər keçirdiyini vurğulasa da, həyat yoldaşının elit kurortda istirahət etdiyini bildirib.