ABŞ Qərbin Ukraynadakı münaqişəyə son qoymaq istəmədiyini açıqlayıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Çikaqo Universitetinin professoru Con Mearsheimer deyib ki, Qərb ölkələri prezident Donald Trampın rəhbərliyi altında ABŞ-ın Avropadan çıxmasından qorxduğu üçün Ukraynadakı münaqişəyə son qoymaqda maraqlı deyil.

Onun sözlərinə görə, avropalıların "eqoist marağı" var. O vurğulayıb ki, Avropa elitasının müqaviməti səbəbindən Tramp çətin ki, Ukraynadakı münaqişəni tez həll edə bilsin. 

"Ukraynada əbədi müharibə Avropanın maraqlarına ziddir", - Mearsheimer deyib.

Bundan əvvəl Tramp bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandıran fərman imzalayıb. Yardımların verilməsinin yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılacağı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31