Ursula fon der Lyayen Aİ-ni Rusiya enerji resurslarından imtinaya çağırıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqında (Aİ) enerji qiymətlərinin ABŞ və Çindən yüksək olduğunu etiraf etsə də, Rusiyadan enerji resurslarının tamamilə kəsilməsinə çağırıb. Bu barədə Reuters məlumat yayıb.

Avropa Parlamentində çıxış edən fon der Lyayen gələn ay Aİ üçün yeni enerji planını təqdim edəcəyini bildirib. Onun sözlərinə görə, ittifaq Rusiya yanacağından tam imtina etməli və eyni zamanda enerji qiymətlərini azaltmalıdır.

"Avropada enerji qiymətləri ABŞ və Çindən struktur baxımından yüksək olaraq qalır və Aİ ölkələri arasında ciddi fərqlər var. Biz onları aşağı salmalıyıq, eyni zamanda Rusiya yanacağından tamamilə imtina etməliyik", - deyə o vurğulayıb.

Bu arada, Almaniya hökuməti ölkə əhalisini elektrik kəsintiləri və fövqəladə hallara hazır olmağa çağırıb. Rəsmilər vətəndaşlara fənərlər, içməli su ehtiyatı, şəxsi gigiyena vasitələri, hazır qida məhsulları, radio və nağd pul tədarükü görməyi tövsiyə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31