ABŞ-də miqrantların deportasiyası ilə bağlı sürətli prosedur genişləndirildi – ÖZƏL
14:39 DünyaABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DHS) qanunsuz miqrantların məhkəmə qərarı olmadan deportasiyasını təmin edən sürətli prosedur qaydalarını genişləndirib.
Olaylar.az xəbər verir ki, yeni qərar ABŞ prezidentinin vəzifəyə başlamasından bir gün sonra dərc edilib.
Nazirliyin bəyanatına görə, bu dəyişiklik milli və ictimai təhlükəsizliyi gücləndirmək və dövlət xərclərini azaltmaq məqsədi daşıyır:
"Bu, ölkəyə daxil olmağa və qalmağa hüququ olmayan şəxslərin sürətlə deportasiyasını təmin edəcək, eləcə də onları ölkədən çıxarılma qorxusundan müdafiə hüququndan məhrum edəcək."
Daha əvvəl sürətli deportasiya proseduru əsasən cənub ştatlarında - qanunsuz miqrant axınının daha çox olduğu bölgələrdə tətbiq edilirdi. Lakin "The New York Times" qəzetinin məlumatına əsasən, bu qaydalar artıq ABŞ-nin bütün ərazisində qüvvəyə minib.
Yeni siyasətin tətbiqi, həm dövlət resurslarının optimallaşdırılmasını, həm də miqrasiya idarəçiliyində daha effektiv nəticələrin əldə olunmasını hədəfləyir. Bu addım ABŞ-nin miqrasiya siyasətində ciddi dəyişikliyin göstəricisi kimi dəyərləndirilir.