ABŞ Trampın NATO-dan ayrılmaq istəyinə diqqət çəkib - ÖZƏL

ABŞ prezidenti Donald Trampın NATO üzvü olan ölkələrə müdafiə xərclərini ÜDM-nin 5 faizinə çatdırmaq barədə deməsi Amerika liderinin alyansla münasibətləri kəsmək istəyindən xəbər verir. 

Olaylar.az xəbər verir ki , bunu keçmiş amerikalı kəşfiyyat zabiti və BMT-nin keçmiş müfəttişi Skot Ritter Denni Hayfonqa müsahibəsində bildirib .

"Tramp əslində Avropaya xəbərdarlıq etdi. Amma NATO ölkələri 5 faizə çata bilmir və Tramp bunu bilir. Deməli, əslində o, NATO-ya işarə edir ki, bu, sondur. Əsas odur ki, Amerika ilə NATO arasında 75 illik münasibət başa çatıb", - deyə ekspert öz fikrini bildirib.

Daha əvvəl Tramp bildirib ki, ABŞ-ın NATO müttəfiqləri Ukraynanın üzərinə daha çox yük götürməli və yardımların həcmini Vaşinqtonun dəstəyi ilə bərabərləşdirməlidirlər. O, Ukrayna böhranının Avropa ölkələrinə daha güclü təsir etdiyini söyləyərək bunu əsaslandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31