Paşinyanın deputat qaynı soyuldu
13:53 DünyaNaməlum şəxslər Nikol Paşinyanın qaynı, Vətəndaş Müqaviləsi Partiyasının deputatı Qraçya Akopyanın malikanəsini qarət ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, soyğunçuluq ilin əvvəlində baş verib, lakin Akopyan bu faktı gizlətməyə çalışıb və bunu müxtəlif növ spekulyasiyalar yaratmaq istəməməsi ilə izah edib.
Hadisə isə partiyadaxili dairələrdə fəal müzakirə olunur. Nəşr iddia edir ki, bəziləri istehza ilə qeyd edirlər ki, deputat səfərlərdə yoxa çıxmaq əvəzinə ailə məsələlərinə daha çox vaxt ayırsaydı, oğurluğun qarşısını almaq olardı.
Daxili İşlər Nazirliyi jurnalist sorğusuna cavab olaraq təsdiqləyib ki, yanvarın 14-də Dzoraxbyur kəndində evdən oğurluq edilməsi barədə məlumat daxil olub, materiallar İstintaq Komitəsinə göndərilib.