ABŞ Prezidenti Bayden İsrailə hücumu 11 Sentyabr hadisəsi ilə qarışdırdı – ÖZƏL

ABŞ Prezidenti Co Bayden, Yaxın Şərqdəki münaqişə haqqında danışarkən, İsrailə hücumu 2001-ci ilin 11 Sentyabrında ABŞ-da baş vermiş terror hücumu ilə qarışdırıb. 

Olaylar.az xəbər verir ki, bu səhv, Baydenin MSNBC kanalına verdiyi müsahibədə baş verib. Qeyd etmək lazımdır ki, bu söhbətdə Bayden ilk dəfə olaraq İsrailin Qəzza Zonasındakı mülki obyektləri bombalamasını gündəmə gətirib.

Baydenin sözlərinə görə: "Mülki obyektlərin bombalanmasından danışdığım ilk dəfə 9/11-dən sonra olmuşdu, o qanlı hadisələrdən sonra", o, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrailə səfərini nəzərdə tuturdu.

Xatırladaq ki, Bayden ABŞ tarixində ən yaşlı prezidentdir və o, bir neçə dəfə canlı yayımlarda və müsahibələrdə səhvlər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31