Nebenzia: Ukrayna hücumu “Türk Axını”na ABŞ və Böyük Britaniya tərəfindən yönləndirilib– ÖZƏL
17 Yanvar 2025 11:34 DünyaOlaylar.az xəbər verir ki, Rusiya, 11 yanvarda Krasnodar bölgəsindəki "Türk Axını" qaz kəmərinin kompressor stansiyasına edilən hücumun ABŞ və Böyük Britaniya tərəfindən dəstəkləndiyini hesab edir. Bunu BMT-dəki Rusiya daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.
O, Ukrayna rəhbərliyinin Rusiya qazının Avropaya tranzitini uzatmaqdan imtina etməsindən az əvvəl bu hücumun baş verdiyini vurğulayıb. Nebenzya, "Türk Axını" infrastrukturuna edilən hücumun ABŞ və Böyük Britaniya tərəfindən yönləndirildiyini və bu ölkələrin ABŞ-nin baha başa gələn sıxılmış qazını Avropa bazarına ixrac etməkdə maraqlı olduğunu qeyd edib.
O həmçinin, bu ölkələrin "Şimal Axını" qaz kəmərlərindəki partlayışların beynəlxalq müstəqil araşdırmasına mane olduqlarını vurğulayıb.