Bayden Putinlə danışığını izah edərkən qeyri-müəyyən ifadələr işlətdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə telefon danışığını təsvir edərkən dolaşıq və qeyri-müəyyən ifadələr işlədib. 

Pentaqon əməkdaşları və hərbçilər qarşısında çıxış edən Bayden Putinlə Avropa və NATO ilə bağlı məsələləri müzakirə etdiyini bildirib. O, Rusiya prezidentinin Avropanın "Finlandiya kimi" olmasını istədiyini iddia edib.

Baydenin sözlərinə görə, onun cavabı yalnız "Avropadakı Finlandiya" ilə deyil, həm də Avropanın NATO-ya mümkün təsiri ilə bağlı olub. Lakin o, Putinlə bu danışığın nə vaxt baş tutduğunu dəqiq açıqlamayıb.

Bundan əvvəl Baydenin xalqa vida müraciəti zamanı oturduğu stulun altında yastıq olması da mediada müzakirə mövzusuna çevrilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31