Qərb Avropanı Ukraynaya yardımda ABŞ-ı əvəz etməyə çağırıb - ÖZƏL
17 Yanvar 2025 10:53 DünyaAvropa seçilmiş prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar Ukraynaya əlavə hərbi yardım göstərməkdə ABŞ-ı əvəz etməlidir.
Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Key Starmer bildirib.
"Ukraynanın bütün digər müttəfiqlərinin indi hərbi dəstəyi artırması və prezident Vladimir Zelenskini Rusiya ilə danışıqlarda "ən güclü mövqeyə" qoyması vacibdir. Avropa ölkələri üçün bu, bir çox müşahidəçilərin Trampın dövründə yarana biləcəyindən qorxduğu dəstək boşluğunun doldurulması deməkdir", - Britaniya hökumətinin başçısı bildirib.
Starmer onu da vurğulayıb ki, onun fikrincə, əksər Avropa ölkələri Kiyevə hərbi təchizatın artırılmasının zəruriliyi ilə razıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31