“Qaçan müxalifət Lukaşenkonun gedişini gözləyir, amma boşuna” - ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbə qaçmış müxaliflərin onun ölümünü gözlədiyini bildirib. Dövlət investisiya proqramının təqdimatı zamanı o, onları "aldanmış ümidlərdən" xəbərdar edib:

"Bəziləri oturub gözləyir ki, prezident ölsün. Amma siz mənim ölümümü gözləməyəcəksiniz. Sizləri cəzadan heç nə qurtarmayacaq."

Lukaşenko həmçinin müxalifətə çağırış edib ki, geri dönüb səhvlərini etiraf etsinlər. Lakin geri dönmək istəyənlərin arasında şübhəli şəxslər olduğunu qeyd edərək, "Kimlərin casus və ya terrorçu olduğunu ayırd etmək çətindir," deyib.

O, son olaraq hakimiyyətə bağlı olmadığını və onu təhvil verməyə hazır olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31