Lukaşenko: “Büdcə vəsaitlərini yalnız zəruri məqsədlərə yönəltmək lazımdır” – ÖZƏL
16:11 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci il üçün dövlət investisiya proqramının hazırlanmasında vəsaitlərin maksimal dərəcədə səmərəli xərclənməsinə çağırış edib. O vurğulayıb ki, büdcə pulları lazımsız və ya ikinci dərəcəli məqsədlərə xərclənməməlidir.
Olaylar.az xəbər verir ki, Belarus lideri ölkənin əlavə ofis binaları və ya vacib olmayan digər obyektlər kimi artıq xərclərə pul ayıra bilməyəcəyini bildirib. Dövlət başçısının sözlərinə görə, bu məhdudiyyətlər təyinatından asılı olmayaraq bütün dövlət qurumlarına, o cümlədən Daxili İşlər Nazirliyinə, dövlət qulluqçularına və digər təsisatlara aiddir.
"Bir qəpik də artıq heç nəyə xərclənməməlidir. Ofislər, idarələr və sair - bunlardan artıq da kifayət qədər var," - Lukaşenkonun sözlərini onun mətbuat xidməti yayımlayıb.