Çexiya Rusiyadan neft almamağa hazır olduğunu açıqladı - ÖZƏL
16:03 DünyaÇexiya Rusiyadan yanacaq tədarükü dayandırılacağı təqdirdə TAL transalp kəmərinin qərb marşrutu və ona qoşulan IKL neft kəməri ilə neft tədarükünə tam keçməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Petr Fialanın müvafiq açıqlamaları var.
Siyasətçinin fikrincə, TAL-ın imkanlarının artırılması Çexiyanı əlavə olaraq dörd milyon ton neftlə təmin edəcək, nəticədə ölkə ildə səkkiz milyon tona qədər karbohidrogen idxal edə və öz tələbatını tam ödəyə biləcək.
Ötən həftə Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Rusiya neftinin Drujba neft kəməri ilə Avropaya tranzitini dayandırmaq planları yoxdur, çünki belə bir addım Avropa İttifaqı ilə razılaşmaların birbaşa pozulması olacaq. Bundan əvvəl Ukrayna hakimiyyətinin nümayəndələri tədarükün dayandırılmasının mümkünlüyü ilə bağlı ziddiyyətli bəyanatlar vermişdilər.