Slovakiya Baş Naziri Fiko Ukrayna lentli məktəbliyə sərt reaksiya verdi– ÖZƏL
16:01 DünyaOlaylar.az xəbər verir ki, Slovakiyanın Baş Naziri Robert Fiko, Ukrayna bayrağının rənglərində lent taxan və Prezident Peter Pelleqrininin əlini sıxmaqdan imtina edən məktəbli Simon Omaniki tənqid edib. Bu hadisə ölkədə siyasi qalmaqala səbəb olub.
Simon Omanik verdiyi müsahibədə Pelleqriniyə "fırıldaqçı və yalançı" deyib və onunla əl sıxmağı düzgün hesab etmədiyini bildirib.
Fico isə məktəbliyə sərt cavab verərək onu "həddini aşan yeniyetmə" adlandırıb və belə davranışın qəbuledilməz olduğunu vurğulayıb. "Ona bir şillə vurmaq və mükafatını əlindən almaq lazımdır," - deyə Fiko qeyd edib.
Baş Nazir həmçinin Omanikin valideynlərinin tərbiyə metodlarını da tənqid edib və belə davranışın hörmətə layiq olmadığını bildirib.
Qeyd edək ki, Fiko daha əvvəl Ukrayna Prezidenti Zelenskini "şantajçı və dilənçi" adlandırmışdı.