Trampın hakimiyyətə qayıdışı Ukrayna üçün risklidir - ÖZƏL
15:12 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin 47-ci prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyasından sonra Ukraynaya dəstəyin azalacağı gözlənilir. Trampın müdafiə naziri postuna namizəd göstərdiyi Pit Heqset Senat qarşısında çıxışında bildirib ki, Tramp münaqişəni bitirmək istəyir, lakin bunun Ukrayna üçün nə qədər sərfəli olacağı bəlli deyil.
Heqset Pentaqonun Ukraynaya dəstəyi davam etdirib-etdirməyəcəyi ilə bağlı sualları dəqiq cavablandırmayıb. Tramp isə dəfələrlə Avropanın Ukraynaya daha çox dəstək verməli olduğunu vurğulayıb və ABŞ-nin daxili məsələlərə diqqət yetirəcəyini bildirib.
Analitiklər hesab edir ki, Rusiya öz məqsədlərindən geri çəkilməyəcək. Tramp isə sülh prosesində əsas qərarı öz maraqlarına uyğun şəkildə verəcək və Zelenskinin mövqeyini nəzərə almayacaq.