Peskov: Rusiya ABŞ sanksiyalarına cavab olaraq tədbirlər görəcək– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya ABŞ-nin neft sektoruna tətbiq etdiyi sanksiyalara cavab tədbirləri üzərində işləyir. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu tədbirlər Moskvanın maraqlarına uyğun olmalıdır.

"Biz vəziyyəti diqqətlə təhlil edirik. Məqsəd, sanksiyaların təsirini minimuma endirən və ölkəmizin, eləcə də şirkətlərimizin maraqlarını ən yaxşı şəkildə qoruyan tədbirlər görməkdir. Heç bir ssenarini istisna etmək olmaz," - deyə Peskov vurğulayıb.

Avropa İttifaqının Rusiyadan alüminium idxalını qadağan etmək planları barədə yayılan məlumatlara münasibət bildirən Peskov qeyd edib ki, Kremlin bu məsələdən xəbəri var:
"Belə müzakirələrin getdiyini ehtimal etmək olar. Alüminium bazarı kifayət qədər həssasdır və bu cür qərarlar dünya bazarında qeyri-sabitliyə səbəb ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31