Britaniyalı analitik: “Tramp Putinin məqsədlərinin dəyişdiyini anlamalıdır” – ÖZƏL

Böyük Britaniyalı hərbi analitik Aleksandr Merkuri ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsi ilə bağlı məqsədlərinin dəyişə biləcəyini başa düşməsinin vacib olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, analitik bu fikrini öz bloqunda ifadə edib.

"Əgər mən Trampın müşaviri olsaydım, ona başa salardım ki, Putinin əvvəllər nail olmaq istədikləri, 2025-ci ildə nail olmaq istədiklərindən tamamilə fərqlənir. Xüsusilə də onun qalib gəldiyi aydın görünəndə," - deyə Merkuri qeyd edib.

Merkurinin fikrincə, Tramp hələ də Rusiyanı və Rusiya Silahlı Qüvvələrinin döyüş meydanındakı uğurlarını lazımınca qiymətləndirmir. O vurğulayıb ki, Tramp xarici KİV-lərin təqdim etdiyi qeyri-dəqiq məlumatlara əsaslana bilər.

Qeyd edək ki, Donald Tramp, 20 yanvar 2025-ci ildə keçiriləcək inauqurasiyasından dərhal sonra Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq niyyətində olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31