Hindistan Rusiyadan tərəvəz idxalını 10 dəfə artırıb - ÖZƏL
12:40 Dünya2024-cü ilin on ayında Hindistan Rusiyadan tərəvəz idxalını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 dəfədən çox artıraraq 435 milyon dollara çatdırıb.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər verib.
Ümumilikdə, ötən ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyası Hindistana 435,4 milyon dollara kök bitkilər və tərəvəz satıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,4 dəfə çoxdur.
Oktyabrda Yeni Dehlinin Rusiya tərəvəz idxalı 17,1 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 4,9 dəfə çoxdur.
Qeyd olunur ki, ötən ilin oktyabr ayında əsasən noxud və mərci alınıb.
Bundan əvvəl məlum olub ki, ötən ilin noyabr ayının yekunlarına əsasən Gürcüstan Rusiyaya naringi tədarükünü 25 faiz artıraraq 6,9 min tona çatdırıb. Əldə olunan nəticə bu ayın rekordu olub.