NATO Baş katibi: “Müharibənin qarşısını almaq üçün hərbi hazırlıq vacibdir” – ÖZƏL
12:39 Dünya15 yanvarda Brüsseldə keçirilən NATO-nun Hərbi Komitəsinin iclasında təşkilatın Baş katibi Mark Rütte yeni bəyanatla çıxış edib. O, yeni hərbi münaqişələrin qarşısını almaq üçün NATO-ya üzv dövlətlərin mümkün çağırışlara maksimum hazır olması lazım olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, Rütte mövcud vəziyyətdə yanaşmaların yenidən nəzərdən keçirilməsinin və "hərbi dövr" düşüncə tərzi ilə düşünməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, alyans ölkələrinin müdafiə imkanlarının fəal şəkildə gücləndirilməsini tələb edir. Belə bir güclənmə isə hərbi büdcənin artırılması və silah istehsalının sürətləndirilməsi olmadan mümkün deyil.
"Müharibənin qarşısını almaq üçün biz ona hazırlaşmalıyıq. İndi hərbi dövr düşüncəsinə keçid vaxtıdır", - deyə Şimali Atlantika Alyansının Baş katibi əlavə edib.